Ermənistanın Güləş Federasiyası diqqət çəkən məlumat paylaşıb.
Federasiyanın məlumatına görə, məşhur yunan-Roma güləşçisi Artur Aleksanyan xəstəxanaya yerləşdirilib. Həkimlər onurğasında problem olan titullu güləşçini əməliyyat ediblər.
34 yaşlı dördqat dünya çempionu hazırda əməliyyatdan sonra bərpa prosesi keçir və iddia olunur ki, o, tezliklə məşqlərə qayıdacaq.
Federasiya paylaşımında yazıb: "Döşək səni gözləyir, Artur".
Xatırladaq ki, bir müddət öncə Ermənistan millisinin yunan-Roma güləşi üzrə məşqçisi Armen Babalaryan Olimpiya çempionu, dördqat dünya çempionu və yeddiqat Avropa çempionu olan Artur Aleksanyanın müvəqqəti olaraq yarışlara qatılmayacağını bəyan etmişdi. Onun yerinə 97 kq çəki dərəcəsində 23 yaşa qədər dünya çempionu Hayk Xloyan gətirilib.
Müəllif: Tural
Mənbə: publika.az