Müalicəsini AFFA-nın boynuna götürdüyü Renat Dadaşov Azərbaycan derbisini izləyir

Müalicəsini AFFA-nın boynuna götürdüyü Renat Dadaşov Azərbaycan derbisini izləyir

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçını tribunadan izləyir.

Millimizin 25 yaşlı forvardı qarşılaşmaya milli komandanın direktoru İlqar Qurbanovla birgə baxır.

Qeyd edək ki, müqavilə ilə Ukraynanın “Bukovina” klubuna məxsus olan R. Dadaşov zədə səbəbindən bir müddətdir ki, yaşıl meydanlardan uzaq qalıb. Hazırda Bakıda olan futbolçunun müalicə və reabilitasiya xərclərini AFFA öz üzərinə götürüb.

Mənbə: qafqazinfo.az