“Real Madrid” və Braziliya millisinin keçmiş müdafiəçisi Roberto Karlos peşəkar karyerası ərzində qazandığı pulların demək olar ki, hamısını itirdiyini açıqlayıb.
Karyerası ərzində ən azı 160 milyon avro qazanan 53 yaşlı braziliyalı Portuqaliya Futbol Sammitində çıxış edərək maliyyə fəlakətinin təfərrüatlarını bölüşüb.
“Bank hesabımı boşaldan insanlarla problemlərim var idi. Futbolda qazandığım hər şeyin 99%-ni itirdim”, – Karlos deyib.
Veteran qeyd edib ki, durum şəxsi həyatındakı çətin vəziyyətlərlə daha da ağırlaşıb. O bildirib ki, faciənin bütün miqyası masasına bir yığın sənəd qoyulanda ağlına gəlib:
“Çox ciddi bir ailə problemim var idi. Cümə axşamı gecə yarısı yatağa getdim və cümə günü heç bir şey bilmədiyim bir yığın sənəd aldım. Elə o zaman bütün hekayəmi itirdiyimi anladım.
Səhvlər etmişəm və buna görə də gənc oyunçulardan onları təkrarlamamalarını xahiş edirəm. Futboldan təqaüdə çıxdıqdan sonra gələcək planlarım barədə həmişə düşünmüşəm. Söhbət oyunçunun irsini qurmaq və imicindən pul qazanmaqdan gedir. Futboldan təqaüdə çıxmaq qərarına gələndə artıq idman direktoru lisenziyam var idi və bir çox brendlə işləmişdim”, – Roberto Karlos vurğulayıb.
Müəllif: Tural
Mənbə: publika.az