UEFA Millətlər Liqasının A Liqasının ikinci turunda Almaniya yığmasının doğma meydanda Yunanıstana sensasiyalı məğlubiyyəti (0:1) ölkədə kəskin tənqid dalğası yaradıb.
Alman futbolunun əfsanəsi Bastian Şvaynştayger “The Touchline” nəşrinə müsahibəsində “Bundestim”in hazırkı vəziyyətini sərt şəkildə tənqid edib və komandanı sıravi orta səviyyəli yığma adlandırıb.
“Biz artıq top-komanda deyilik. İndi sıravi, sıradan bir kollektivik. Təkbaşına oyunun taleyini həll edə biləcək futbolçularımız qalmayıb. Hətta Yunanıstanın heyətində Karetsas, Tzolis, Pavlidis kimi uşaqlar var – hansı ki, onlar meydanda fərq yaradırlar. Bizdə isə qalır ümid etmək ki, Yürgen Klopp “Klopp üslubunda” futbol oynaya biləcək bir komanda yarada biləcək”, – deyə Şvaynştayger bildirib.
Almaniya yığmasının müdafiəçisi Yozua Kimmix də keçmiş komanda yoldaşının fikirləri ilə razılaşaraq hazırda elit səviyyədən çox uzaq olduqlarını təsdiqləyib:
“Bastianla mübahisə etmək çətindir. Hazırda top-komanda olmaqdan kifayət qədər uzağıq. Ən yaxşı oyunumuz deyildi. Statik idik, kreativlik çatmırdı. 0:0 ədalətli nəticə olardı, uduzmaq isə şanssızlıq idi. İndi hər şeyi təkmilləşdirməli və baş məşqçini daha yaxşı anlamalıyıq”.
Qeyd edək ki, UEFA Millətlər Liqasının növbəti turunda Almaniya oktyabrın 1-də Münxendə Serbiya ilə qarşılaşacaq, Yunanıstan isə Niderlandı qəbul edəcək.
Xatırladaq ki, ilk turda yunanlar Serbiyanı 2:1 hesabı ilə məğlub etmişdilər.
Mənbə: qafqazinfo.az