Azərbaycanlı ağırlıqqaldıran Afinada dünya çempionu oldu - FOTO

Azərbaycanlı ağırlıqqaldıran Afinada dünya çempionu oldu -

Azərbaycan təmsilçisi Vaqif Müsəddiq (85 kq) Yunanıstanın paytaxtı Afinada keçirilən usta ağırlıqqaldıranların dünya çempionatında M70 yaş kateqoriyasında qızıl medal qazanıb.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Ağırlıqqaldıran toplam 147 kq nəticə göstərərək qızıl medala sahib çıxıb.

Zülfüqar Süleymanov (75 kq, M40) isə iki hərəkətin cəmində 249 kq nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz Səddar Quliyev (85 kq, M75) toplam 126 kq nəticə ilə gümüş medal əldə edib.






Mənbə: bizim.media