“Arsenal” və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Aleksandr Qleb oynadığı komandalarda ən zövqsüz geyinən futbolçu haqda danışıb.
Belaruslu “Arsenal”ın keçmiş müdafiəçisi Kolo Tureni seçib.
Qleb “Fonbet” “YouTube” kanalında “Oynadığınız klublarda əsas “kolxozçu” kim idi?” sualına belə cavab verib:
“Məsələn, Kolo Ture bahalı geyinirdi, amma heç cür uyğun gəlmirdi. Sonq da, elə. Mən “Arsenal”dan gedəndə Sonq çox qazanmırdı, ona görə də təvazökar geyinirdi”.
Qleb 2019-cu ildə karyerasını bitirib. O, “Arsenal” və “Barselona” ilə yanaşı, “Ştutqart”, “Birminhem Siti”, BATE və bir neçə başqa komandada da oynayıb.
Mənbə: publika.az