Azərbaycan millisi Tacikistana qalib gəldi

Azərbaycan millisi Tacikistana qalib gəldi

Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşünə çıxıb.

“Qol.az”a istinadla xəbər verilir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Tacikistanla üz-üzə gəlib. Görüş millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan və Tacikistan milliləri indiyədək iki dəfə qarşılaşıblar. Hər iki görüşdə Azərbaycan yığması meydanı qalib tərk edib.


Hazırda FİFA-nın reytinqində Tacikistan 101-ci, Azərbaycan millisi isə 126-cı yeri tutur.

Xatırladaq ki, bu matç UEFA Millətlər Liqasının senyabr-oktyabrda keçiriləcək Litva və Lixtenşteynlə oyunlarına hazırlıq mahiyyəti daşıyır.

23 sentyabr

20:00 Azərbaycan – Tacikistan - 1:0

Qol: Oleq Baklov, 58-avtoqol

Mənbə: bizim.media