Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü - Foto

Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü - Foto

“Qarabağ”ın futbolçusu Şahruddin milli komandalar üçün yaranmış fasilədən istifadə edərək Səudiyyə Ərəbistanına yollanıb.

Yığmaya dəvət almayan qolkiper bu ölkədə sabiq komanda yoldaşı Abdullah Zubirlə görüşüb.

Səudiyyə Ərəbistanının “Əl-Uroba” klubunda çıxış edən Zubir fotonu instaqram hesabında paylaşıb.

Qeyd edək ki, Abdullah Zubir bu yay “Qarabağ” “Əl-Uroba”ya keçib.

Mənbə: qafqazinfo.az