Rəşad Sadıqovdan nümunəvi davranış - Davanın qarşısını aldı

Rəşad Sadıqovdan nümunəvi davranış - Davanın qarşısını aldı

Ötən gün Misli Premyer Liqasının 6-cı turunda keçirilən “Turan Tovuz” - “Zirə” matçı bitdikdən sonra gərginlik yaşanıb.

Tovuzluların matçın 90+6-cı dəqiqədə qol vurmasından sonra qonaq komandanın üzvləri hakimin son dəqiqələrdə yanlış qərar verməsinə etiraz edib.

“Zirə”nin köməkçi məşqçisi Vüqar Məmməd, kapitanı Qismət Alıyev hakimin üzərinə gedib.

Lakin baş məşqçi Rəşad Sadıqov köməkçisini də, futbolçusunun da qarşısını alaraq onları meydandan çıxarıb. Hətta bundan sonra “Turan Tovuz”un köməkçi məşqçiləri və futbolçuları aranı qarışdırmaq, rəqib oyunçuları münaqişəyə çəkmək istəsə də, R.Sadıqov öz komandasını palatardəyişmə otağına apararaq buna mane olub.

O, rəqib azarkeşləri alqışlamaqla da diqqət çəkib. Oyundan sonra isə R.Sadıqov hakimlərin üzərində təzyiq yaradılmasından danışıb:

“Biz bu gün uduzmamışıq. İlk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çətin olacaq. Bəyanata qalanda, biz də bəyanat yaya bilərik. Hakimlər üzərində təzyiq yaradılır. Bunu açıq-aşkar hiss edirəm. Ümid edirəm ki, hakimlər bu təzyiqin altında qalmayacaqlar”.

O, “Komandanıza qarşı burda aqressiya var və bunun səbəbi ötən il “Turan Tovuz”un yerinə “Zirə”nin avrokuboklara getməsindən irəli gəlir?” sualına belə cavab verib:

“Səbəb o deyildi. Çünki bu proses daha əvvəl başlayıb. Azarkeşlər deməyək. Bu gün bir çox azarkeşlər görüşmüşük, şəkil çəkmişik. Bütün azarkeşlərə aid etməyək. Bu aqressiya “Azersun Arena”da “Turan Tovuz”a məğlub olduğumuz oyundan sonra başlayıb. Bununla bağlı açıqlama vermişəm. Bilmirəm “Turan Tovuz”da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm. Rəhbərlikdən gəlir. Amma hansı rəhbərdən olduğunu bilmirəm”.

Qeyd edək ki, matç “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: qafqazinfo.az