İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem “Real Madrid”lə müqaviləsini 2032-ci ilə qədər uzatmağa yaxındır.
Bu barədə italiyalı jurnalist Nikolo Şira məlumat yayıb.
Tərəflər arasında yeni müqavilənin 2032-ci ilədək qüvvədə olacağı bildirilir. Bellinqemin hazırkı sözləşməsi isə 2029-cu ilin yayında başa çatacaq.
23 yaşlı futbolçu 2023-cü ilin yayından “Real Madrid”də çıxış edir.
Mənbə: publika.az