“Barselona”nın prezidenti Joan Laporta “Kamp Nou” stadionunda işlər başa çatdıqdan sonra “İnter Mayami”nin hücumçusu Lionel Messinin şərəfinə tədbir keçirməyi planlaşdırdığını açıqlayıb.
İnsayder Fabritsio Romano Laportanın sözlərini sitat gətirib:
“Kamp Nou”da işlər başa çatdıqdan sonra Lionel Messinin şərəfinə bir tədbir keçirməyi planlaşdırırıq. Bu, bir hörmət və ehtiram tədbiri olacaq. Ümid edirik ki, işi 2028-ci ilin əvvəlinə qədər başa çatdıracağıq”.
Lionel Messi 21 il “Barselona” sistemində çıxış edib.
Mənbə: publika.az