Beynəlxalq Futbol Federasiyasının (FIFA) hazırkı prezidenti Canni İnfantino təşkilat rəhbərinin növbəti seçkidə namizədliyini irəli sürəcəyini təsdiqləyib.
Məlumatı "The Touchline" yayıb.
"Əlbəttə, gələn il keçiriləcək seçkidə namizəd olacağam. Mənim proqramım və ya şüarım çox sadə, eyni zamanda çox aydındır: "Futbol bütün dünyada hər kəsə məxsusdur". Biz buna can atırıq. Mən buna can atıram. FIFA-da biz buna nail olmağa çalışırıq", - deyə o bildirib.
İnfantino ətrafında qalmaqal 2026-cı il dünya çempionatının başa çatmasından qısa müddət sonra onun hüquqların bir hissəsinin kənar investorlara satılması planlarını açıqlamasından sonra yaranıb. Bu, futbol ictimaiyyətinin mənfi reaksiyasına və 2030-cu il dünya çempionatını boykot etmək təhdidlərinə səbəb olub. Avropa Futbol Assosiasiyaları İttifaqı, Asiya Futbol Konfederasiyası və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası hüquqların satışına yönəlmiş "FIFA Forward Enterprise" layihəsi ilə bağlı İnfantinonu aldatmaqda ittiham edib.
FIFA yaranan tənqid və layihədən narazılıq dalğasından sonra bu ideyadan imtina edib.
Bir sıra ölkələr qarşıdakı FIFA rəhbəri seçkisində İnfantinoya dəstəyini artıq geri çəkib.
Mənbə: oxu.az