Arda Güler çox irəli gedə bilər - Mbappe

Arda Güler çox irəli gedə bilər -

“Real”ın hücumçusu Kilian Mbappe “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalı ən yaxşı gənc oyunçu adlandırıb.

“İndiki nəsil oyunçulardan hansı sizi heyran edir” sualına Mbappe belə cavab verib:

“Konkret ad çəkmək istəmirəm, çünki kimisə unutsam… Düşünürəm ki, dünyanın ən yaxşı 10 və ya 15 oyunçusu arasında kimin olduğu barədə hər kəs razılaşar. Gənc oyunçular arasında Yamal fərqlənir. Onda hər şey var.

Estevaonu bəyənirəm, o, xüsusilə yaradıcıdır. Arda Güler çox irəli gedə bilər. Endrikin potensialı var, o, qol vurandır. Və Uorren Zair-Emeri və Dezire Duein qarşıda əla karyeraları var”.

Mənbə: publika.az