“Real Madrid”in baş məşqçisi Joze Mourinyo uruqvaylı müdafiəçi Federiko Valverde ilə yarımmüdafiəçi Aurelien Tçuameni arasındakı münaqişədən danışıb.
Oyunçular ötən mövsüm məşq zamanı mübahisə ediblər.
AS nəşrinə istinadla xəbər verilir ki, portuqaliyalı mütəxəssis deyib: “Onlar hər şeyi özləri həll etdilər, mənim müdaxilə etməyimə ehtiyac yox idi. Deyə bilərəm ki, hazırda komandada sağlam bir atmosfer var. Əgər bu vəziyyət barədə məlumatım olmasaydı, onların ən yaxşı dost olduqlarını düşünərdim. Uşaqlar hər şeyi özləri həll etdilər”.
Mənbə: publika.az