İngiltərənin “Mançester Yunayted” komandası UEFA Çempionlar Liqasında 1016 gündən sonra ilk qolunu vurub.
“Goal”a istinadla xəbər verilir ki, bu, "qırmızı şeytanlar"ın ötən gün liqa mərhələsində “Sabah”ı 4:0 hesabı ilə məğlub etdikləri oyunda baş verib. Həmin qolun müəllifi Mateus Kunya olub.
İngiltərə klubu sonuncu dəfə 2023-cü il noyabrın 29-da Türkiyənin “Qalatasaray” komandası ilə matçda fərqlənib. Həmin qarşılaşmada Skott Maktominey komandasının qollarından birinə imza atıb və görüş 3:3 hesabı ilə başa çatıb.
“Mançester Yunayted” iki mövsüm Çempionlar Liqasından kənarda qaldıqdan sonra bu il turnirə qayıdıb. Komandanın Avropanın ən nüfuzlu klub turnirində əvvəlki oyunu isə Almaniya “Bavariya”sına qarşı olub və Premyer Liqa təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
Mənbə: unikal.az