“Sabah”ın baş məşqçisi: Qarşılaşma komandamız üçün böyük təcrübə oldu

“Sabah”ın baş məşqçisi: Qarşılaşma komandamız üçün böyük təcrübə oldu

Bu oyundan dərslər çıxaracağıq. Artıq harada işləməli, nəyi dəyişməli və hansı məqamları inkişaf etdirməli olduğumuzu görürəm.

“Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas bunu UEFA Çempionlar Liqasının liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”a qarşı keçirdikləri ilk tur oyunundan sonra mətbuat konfransında deyib.

“Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyimizi gözləyirəm. Bu, bizim üçün böyük təcrübədir. Bu gün meydana çıxan 16 futbolçudan yalnız biri karyerasında əvvəllər bu səviyyədə oynayıb. Bu, hamımız üçün böyük öyrənmə prosesidir”.

Qeyd edək ki, "Old Trafford" stadionunda "Mançester Yunayted" - "Sabah" arasında keçirilən qarşılaşma "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.

Mənbə: azertag.az