“Zirə” yeni transferini açıqladı

“Zirə” yeni transferini açıqladı

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Bu barədə klub məlumat yayıb.

Bildirilir ki, komanda Mərakeşin “Raja Kasablanka” klubundan Mehdi Mişahşahı transfer edib. Mərakeşli müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu “Raja Kasablankadan”dan əvvəl ölkəsinin “Kentira” klubunda çıxış edib.

Mənbə: bizim.media