Mahir Emreli yenə fərqləndi: "Rakuv"da beşinci qol

Mahir Emreli yenə fərqləndi: "Rakuv"da beşinci qol
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində beşinci qolunu vurub.

29 yaşlı hücumçu Polşa çempionatının VI turunda "Yagelloniya"ya qarşı keçirilən ev oyununda fərqlənib.

Mahir Emreli 23-cü dəqiqədə komandasını hesabda önə keçirib - 1:0.

Lakin "Yagelloniya" sonradan iki qol vuraraq hesabı öz xeyrinə dəyişib - 1:2.

Hazırda qarşılaşma davam edir.

Mənbə: oxu.az