“Qarabağ”ın matçı 15 dəqiqə gec başlayacaq

“Qarabağ”ın matçı 15 dəqiqə gec başlayacaq

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilməli olan “Qarabağ” – “Tvente” matçının başlama saatı dəyişib.

Buna səbəb Bakıda əlverişsiz hava şəraitinin mövcud olmasıdır.

Məlumata görə, məhz bu səbəbdən qarşılaşmanın startı 15 dəqiqə gecikəcək və oyun saat 20:15-də başlayacaq.

Mənbə: qafqazinfo.az