FİFA Misir yığmasının üzvlərinə bu cəzanı verdi

FİFA Misir yığmasının üzvlərinə bu cəzanı verdi

FİFA-nın İntizam Komitəsi 2026-cı il dünya çempionatı zamanı hakimləri tənqid etdiklərinə görə Misir milli komandasının üç üzvünü cəzalandırıb.

Bu barədə "The Athletic" məlumat yayıb.

Söhbət baş məşqçi Hossam Həsən, komandanın meneceri İbrahim Həsən və hücumçu Mustafa Zikodan gedir.

"Fironlar”ın məşqçisi üç oyunluq diskvalifikasiya və 20.000 dollar cərimə ilə cəzalandırılıb.

Buna görə də məşqçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə iki oyunu (11 və 15 noyabr) və Anqola ilə oyunu (24 mart 2027) buraxmalı olacaq. Hossamın qardaşı İbrahim də oxşar cəza alıb.

Öz növbəsində, milli komandanın 29 yaşlı cinah yarımmüdafiəçisi Mustafa Ziko beş oyunluq diskvalifikasiya edilib və 20 min dollar cərimə olunub.

Qeyd etmək lazımdır ki, bu cəzalardan apelyasiya şikayəti verilə bilər.

Xatırladaq ki, "Fironlar" 1/16 finalda Argentinaya uduzaraq (2:3) Dünya Kubokunda mübarizəni dayandırmışdı.

Mənbə: publika.az