Fransa prezidenti Emmanuel Makron milli komandanın Dünya Kubokunun yarımfinalında İspaniyaya məğlubiyyətinə (0:2) şərh verib.
Makron sosial mediada yazıb:
“İspaniyanı finala çıxdığı üçün təbrik edirəm. Ölkəmizin şərəfini bu qədər fədakarlıqla qoruduqları üçün “mavilər”ə təşəkkür edirəm. Bugünkü məğlubiyyətə dözmək çətindir, amma bu komanda gəncdir və böyük gələcəyi var”.
Üçüncü yer uğrunda matçda fransızlar İngiltərə-Argentina matçının məğlubu ilə qarşılaşacaqlar.
Mənbə: publika.az