Mbappe Ardanın müqaviləsinə sevindi - “Bu gecə daha yaxşı yatacam”

Mbappe Ardanın müqaviləsinə sevindi -

“Real”ın futbolçusu Kilian Mbappe Arda Gülərin Madrid klubu ilə yeni müqavilə imzalamasına maraqlı şərh verib.

O, türkiyəli futbolçunun sözləşmədən paylaşdığı fotoya şərh yazıb.

Mbappe Ardanın 2032-ci ilə qədər “Real”la müqavilə imzalamasına sevindiyini bildirib: “Sağ ol. Bu gecə daha yaxşı yatacam” – deyə fransalı forvard şərh yazıb.

Mənbə: qafqazinfo.az