İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Güler ilə müqavilənin müddətini uzadıb.
Klubun rəsmi saytına istinadən xəbər verilir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.
Arda Güler 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə keçib. O, klubun heyətində indiyədək 126 oyunda meydana çıxıb və 5 titul qazanıb. Futbolçunun kolleksiyasında UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkuboku mükafatı var.
Arda Güler milli komandanın heyətində 38 oyun keçirib.
Mənbə: bizim.media
