İngilis hücumçu Meyson Qrinvud karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.
İstanbul klubu 24 yaşlı futbolçunun Fransa “Marsel”indən transferini rəsmi olaraq təsdiqləyib.
İnsayder Ben Ceykobsun verdiyi məlumata görə, “Mançester Yunayted” rəhbərliyi hücumçunun Fransa klubuna transferini rəsmiləşdirərkən oyunçunun sonrakı satışına 40% qonorar bəndini daxil edib.
Qrinvudun Türkiyə klubuna son transfer haqqı 39 milyon avro olduğundan, “Mançester Yunayted”in müqavilədəki ümumi payı 15,6 milyon avro olaraq qiymətləndirilir. Lakin ingilis klubu bütün məbləği özündə saxlamayacaq, əvvəlki müqavilələrin şərtlərinə görə, “mankunianlılar” hücumçunun 2023/2024 mövsümündə icarə əsasında oynadığı İspaniyanın “Xetafe” klubuna 3,12 milyon avro köçürməyə borcludurlar. Buna görə də, “qırmızı şeytanlar”ın xalis gəliri 12,48 milyon avro olacaq.
Müəllif: Tural
Mənbə: publika.az