Zidan Fransa millisinə rəhbərlik edəcək

Zidan Fransa millisinə rəhbərlik edəcək

"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan 2026-cı il Dünya Kubokundan sonra Fransa millisinə rəhbərlik edəcək.

Fransa millisinin baş məşqçisi Didye Deşam daha əvvəl Dünya Kubokundan sonra komandadan ayrılacağını açıqlayıb. Fransızlar yarımfinalda İspaniyaya 2-0 hesabı ilə uduzub və üçüncü yer uğrunda oynayacaqlar.

Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında Fransa 2018-ci ildə Dünya Kubokunu qazanıb.

Mürtəza

Mənbə: olke.az