İstanbul və Kütahyanın Simav bölgəsindən sonra bu dəfə Konya da zəlzələ ilə sarsıldı.
Yenisabah.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, saat 07:16-da Konyanın Cihanbeyli bölgəsində 3,9 maqnitudasında zəlzələ baş verib. Zəlzələnin episentri 13,15 kilometr dərinlikdə qeydə alınıb. Bir neçə dəqiqə sonra bölgədə başqa bir zəlzələ daha meydana gəlib.
Bölgədə daha çox zəlzələ olma ehtimalı ilə əlaqədar, AFAD əhalini ehtiyatlı olmağa çağırıb.
Dağıntı və təlafatın olmadığı bildirilir.
Mənbə: yenisabah.az