Məsud Pezeşkian hökumətinin sözçüsü Fatemeh Mohacerani Rəcai Limanında baş verən partlayışla bağlı ilkin detalları açıqlayıb.
Bu barədə İran mətbuatı yazıb.
"İndiyə qədər müəyyən edilən odur ki, bu limanın bir küncündə saxlanılan və ehtimal ki, kimyəvi maddələr olan konteynerlər partlayıb", - deyə o qeyd edib.
O bildirib ki, yanğın tam söndürülənə qədər hadisənin səbəbi və mahiyyəti ilə bağlı dəqiq və ekspert rəyi vermək çətin və vaxt aparacaq.
Xilasetmə və Yardım Təşkilatının hesabatına görə, partlayış nəticəsində xəsarət alanların hamısı ərazidən təxliyə edilib və hazırda yanğınsöndürənlər yanğını söndürürlər.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az