Partlayış olan limana helikopterlər göndərildi

Partlayış olan limana helikopterlər göndərildi

İran Rəcai limanındakı güclü partlayışdan sonra başlayan yanğını hələ də söndürmək mümkün olmayıb.

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd bildirib ki, bir neçə konteynerin partlaması nəticəsində baş verən yanğından sonra yanğının havadan söndürülməsinə kömək etmək üçün Qızıl Ayparanın 5 helikopteri Bəndər Abbasa göndərilib: "Hadisənin ilk saatlarında Qızıl Ayparanın 4 çevik reaksiya qrupu göndərilib və hazırda yaralılara yardım göstərmək üçün Qızıl Ayparanın 20 xilasetmə qrupu və təcili yardım maşını partlayış yerində hazırdır.

Xilasetmə və Yardım Təşkilatının Əməliyyatlara Nəzarət və Koordinasiya Mərkəzi (EOC) hazır vəziyyətə gətirilib, zərərçəkənlərə yardımın göstərilməsi prosesi və əməliyyat qruplarının hərəkətləri izlənəcək.

Qırmızı Aypara Şəhid Rəcai Limanı estakadasında baş vermiş insidentə yardım göstərmək və idarə etmək üçün bütün imkanlardan istifadə edəcək".

Ağarza Elçinoğlu


Mənbə: unikal.az