Laza kəndinin yolu nə vaxt AÇILACAQ? – Rəsmi AÇIQLAMA

Laza kəndinin yolu nə vaxt AÇILACAQ? –

Xəbər verdiyimiz kimi Qusarıın Laza kəndinin yolu giriş hissədən qəzalı vəziyyətə düşüb.

Dağlara yağan qar kəndin girəcəyindəki şəlalənin suyunu artırıb. Gələn sel suları kənd yolunu qəzalı vəziyyətə salıb. Nəqliyyat vasitələrinin hazırda kəndə girişi və çıxışı çətinləşib.

Qusar İcra Hakimiyyətindən bildirilib ki, Laza kənd yoluna texnika göndəriləcək. Sel suları səngiyən kimi bərpa işlərinə başlanılacaq.


Aytəkin Alxaslı

Mənbə: bizim.media