Bakıda yol üstündə dava: ürəyindən bıçaqladı - VİDEO

Bakıda yol üstündə dava: ürəyindən bıçaqladı -

Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Səlim Əliyevlə taksi sürücüsü, 1978-ci il təvəllüdlü Maksim Əhmədov arasında mübahisə baş verib.

Dava zamanı M.Əhmədov S.Əliyevə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, sürücülər arasında yol üstündə mübahisə düşüb.

“Bir-birilərinə yol verməyiblər, söyüş söyüblər. Sonra bıçaqlanma hadisəsi baş verib”, – deyə hadisə şahidi bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Mənbə: axar.az