Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub.
Bu barədə "Anadolu" məlumat yayıb.
Bildirilib ki, Türkiyədə 67 yaşlı Konya şəhər sakini diz və ürək damarının tıxanması (anju) əməliyyatından sonra ana dilini unudub və Danimarka dilində danışmağa başlayıb.
Adam 20 il Danimarkada yaşayıb, sonra Türkiyəyə qayıdıb və təxminən 10 il əvvəl Konyada məskunlaşıb.
Konya Səlcuq Universitetinin Tibb Fakültəsinin həkimi Gökhan Özdemir qeyd edib ki, damar tıxandıqdan sonra xəstənin dilləri unutması və ya bilmədiyi dillərdə danışmağa başlaması halları ola bilər. Həkim kişinin yaxın gələcəkdə yenidən türkcə danışacağını proqnozlaşdırır.
Mənbə: bizim.media