Mart ayından bu yana Gürcüstanda narkotik cinayətlərində ittiham olunan 78 nəfər saxlanılıb.
Gürcüstan mediasına istinadən xəbər verilir ki, saxlanılanlar arasında Gürcüstan, Azərbaycan, İran, Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Malayziya və Belarus vətəndaşları olub. Həbs olunanların əksəriyyəti narkotik satmaqda ittiham olunur.
Saxlanılanları 20 ilə qədər və ya ömürlük həbs gözləyir.
Mənbə: unikal.az