Nüvə gücləri arasında gərginlik artdı, atəş açıldı

Nüvə gücləri arasında gərginlik artdı, atəş açıldı

Ötən gün axşam saatlarında Pakistandan sərhəd məntəqələrinə kiçik çaplı silahlardan atəş açılıb.

Axar.az xəbər verir ki, bu barədə Hindistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, atışmaya qarşılıq verilib. İtki yoxdur.

Qeyd edək ki, Hindistanla Pakistan arasında Cammu və Kəşmirdə turistlərin atəşə tutulmasından və 26 nəfərin öldürülməsindən sonra gərginlik yaranıb. 22 apreldə baş verən hadisədə Hindistan Pakistanı ittiham edib və İslamabadı terrorizmə gizli dəstəkdə suçlayıb. Yeni Dehli Pakistana qarşı son dərəcə sərt addımlar atıb.

Pakistan isə ittihamları rədd edir.

Mənbə: axar.az