Avstraliyada 6 gündür meşəlik ərazidə itkin kimi axtarılan 17 yaşlı gənc sağ tapılıb.
“ABC News”a istinadən xəbər verilir ki, Uilyam adlı autizmli gənc Melburnun 185 kilometr şərqində yerləşən Valhalla yaxınlığında itkin düşüb.
Bildirilib ki, o, həmin əraziyə dostu ilə düşərgə qurmağa yollanıbmış.
Uilyam axtarışlarda iştirak edən polis helikopteri vasitəsilə kolluq ərazidə daşların üzərində uzanmış halda aşkar edilib. Anasına təhvil verilən Uilyam onun müşayiəti ilə səhhətinin yoxlanılması üçün xəstəxanaya çatdırılıb.
Ümumilikdə axtarışlarda 100-dən çox şəxs iştirak edib.
Mənbə: qafqazinfo.az