Gəncədə itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb.
Nəvəsinin andiçmə mərasiminə Gəncəyə gələn və artıq 2 gündür itkin düşmüş Astara rayon Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti Göygöl rayonunun Hacıməlik kəndində aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.
Mənbə: bizim.media