ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığındakı meydanda naməlum şəxs silahla bir neçə dəfə atəş açıb.
Bu barədə ölkə mediası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinin yerləşdiyi ərazinin böyük hissəsini mühasirəyə alaraq bağlayıblar.
Mənbə: bizim.media