Türkiyədən Moskvaya uçan 10 təyyarə geri qayıtdı

Türkiyədən Moskvaya uçan 10 təyyarə geri qayıtdı

Türkiyədən Moskvaya uçan 10 təyyarə paytaxtın Vnukovo hava limanında məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən geri dönüb.

"TASS"a istinadən xəbər verilir ki, bu barədə aviadispetçer xidmətləri məlumat yayıb.

Bildirilib ki, İstanbul, Antalya, İzmir və Dalaman şəhərlərindən Moskvaya uçan təyyarələrin ekipaj komandirləri Polşa, Litva və Belarusun hava məkanında, eləcə də Pskov vilayəti üzərində olarkən Türkiyəyə geri qayıtmaq qərarı veriblər.

Təyyarələr İstanbulun "Sabiha Gökçen" hava limanına eniş edib. Bildirilib ki, sərnişinlərin biletləri digər reyslərə dəyişdirilir.

Həmidə İbrahimova

Mənbə: olke.az