Bakıda maşın atla toqquşdu - Video

Bakıda maşın atla toqquşdu - Video

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub.

Oxu.az-a istinadən xəbər verilir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az