Demet Özdemir belə xilas olundu - Video

Demet Özdemir belə xilas olundu - Video

İstanbulda güclü yağışın səbəb olduğu sel nəticəsində köməksiz vəziyyətdə qalan aktrisa Demet Özdemir xilas olunub.

Sarıyer bölgəsində studiyada köməksiz qalan aktrisa xilasedicilər tərəfindən kiçik motorlu qayıqla təxliyə edilib.

Qeyd edək ki, bölgədə leysan səbəbindən yaranan vəziyyətə görə aktrisanın studiyadan çıxması mümkün olmamışdı. Oxşar hadisəni müğənni Murat Boz da yaşayıb. O da bu gün səhər saatlarında təxliyə olunub.

Demet Özdemirin təxliyi edildiyi anın görüntülərini təqdim edirik:

Mənbə: qafqazinfo.az