Ölümdən son anda xilas oldu - Video

Ölümdən son anda xilas oldu - Video

Kiyev sakini “Petrovskiy kvartal” yaşayış kompleksi yaxınlığında yerləşən məktəbin ərazisinə edilən dron hücumundan son anda xilas olub.

Ukrayna “Telegram” kanallarında onun ölümdən son anda xilas olmasının kadrları yayılıb.

Məlumata görə, hadisə oktyabrın 8-də baş verib. Belə ki, müşahidə kamerasında əks olunan kadrlarda məktəbin həyətində gəzişən şəxsin pilotsuz uçuş aparatının yaxınlaşmasını eşidərək dərhal məktəb istiqamətində qaçdığı görünür. Bundan bir neçə an sonra isə dron onun əvvəlcədən dayanmış olduğu yerə çırpılır.

Həmin görütüntüləri sizə təqdim edirik:

Mənbə: qafqazinfo.az