Nepalda məktəb avtobusu dərəyə yuvarlandı - Ölənlər və yaralananlar var

Nepalda məktəb avtobusu dərəyə yuvarlandı -

Nepalda məktəb avtobusunun 200 metrdən çox hündürlükdən uçması nəticəsində ən azı beş nəfər həlak olub, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"The Sun" nəşrinə istinadən xəbər verilir ki, bədbəxt hadisə Nepalın Poxara bölgəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi Bircaypur hərbi kazarmalarının şimalında, Poxara-28 rayonundakı Macxatxana yaxınlığında baş verib. İlkin ehtimallara əsasən, sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və avtobus sıldırım yamacdan aşağı yuvarlanıb. Hadisə yerində dörd şagirdin və bir valideynin cəsədi aşkar edilib.

Təcili yardım və xilasetmə xidmətləri dərhal qəza yerinə cəlb olunaraq yaralı şagirdləri avtomobilin qalıqları altından çıxarıblar. Xəsarət alanlar təcili olaraq ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Bildirilir ki, qəzadan sonra xilasedicilər dağın yamacında sağ qalanların axtarışlarını davam etdiriblər. Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı bir polis əməkdaşı da xəsarət alıb.

Mənbə: oxu.az