Samuxda qonşular arasında mübahisə sonda qanla nəticələnib.
Hadisə rayonun Kolayır kəndində baş verib.
Dava zamanı 1986-cı il təvəllüdlü Anar Mehdiyev bədənin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.
İlkin versiyaya əsasən onu, qonşusu 1992-ci il təvəllüdlü Nəsib Qısımovun bıçaqladığı ehtimal olunur.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov
Mənbə: bizim.media