Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.

"TRT Haber"ə istinadən xəbər verilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.

Bununla da qəza nəticəsində ölənlərin sayı 20-yə yüksəlib. Hazırda 8 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olan 239 nəfər xilas olunub.

Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər saxlanılıb.

Mənbə: bizim.media