İstanbulda məşhurlara qarşı ƏMƏLİYYAT: Tanınmış aktyor və müğənnilər saxlanıldı - TAM SİYAHI

İstanbulda məşhurlara qarşı ƏMƏLİYYAT: Tanınmış aktyor və müğənnilər saxlanıldı - TAM SİYAHI

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində məşhur simalara qarşı yeni əməliyyat həyata keçirilib. Barələrində saxlanılma qərarı çıxarılan 35 şübhəlidən 23-ü saxlanılıb.

Musavat.com xəbər verir ki, saxlanılanlar arasında müğənni Özcan Deniz, eləcə də aktrisalar Deniz Çakır və Burcu Özberk də var.

Əməliyyat çərçivəsində 23 nəfər, Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Deniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcan Deniz, Saghar Shojaeı, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayadan, Seher Grothe Sevdişan, Murat Başoğlu, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın və Muammer Kapucuoğlu saxlanılıb.

Baş Prokurorluqdan verilən açıqlamada fahişəlik, narkotik və ya psixotrop maddələrin ticarəti, narkotik vasitə əldə etmə, istifadə etmə və saxlama cinayətləri üzrə istintaqların davam etdiyi bildirilib.

Şübhəli ifadələri, şahid ifadələri, mobil telefonlar və rəqəmsal materiallarla bağlı ekspert rəyləri, həmçinin gizli şahid ifadələrinin qiymətləndirilməsindən sonra narkotik vasitədən istifadə edildiyi və ya saxlanıldığı şübhəsi ilə 35 nəfər barəsində saxlanılma qərarı verildiyi qeyd olunub.

Narkotik əməliyyatlarında saxlanılan şübhəlilər həkim müayinəsindən keçirildikdən sonra narkotik testi üçün Ədliyyə Tibb Qurumuna aparılır. Daha sonra prokurorluqda ifadələri alınan şübhəlilər barəsində sərbəst buraxılma və ya məhkəməyə sövq edilmə qərarı verilir.

İstanbul Respublika Baş Prokurorluğunun məşhur simalara qarşı apardığı istintaq çərçivəsində 8 oktyabr 2025-ci ildən bəri çoxsaylı əməliyyatlar keçirilib. Musiqiçilərdən aktyorlara, menecerlərdən iş adamlarına qədər ictimaiyyətin yaxından tanıdığı bir çox şəxs istintaq çərçivəsində ifadə verib.

Mənbə: musavat.com