Lotereya sevinci yarımçıq qaldı: 1 milyon udan şəxs saxlanıldı

Lotereya sevinci yarımçıq qaldı: 1 milyon udan şəxs saxlanıldı

ABŞ İmmiqrasiya və Gömrük Polisinin (ICE) əməkdaşları Bostonda Salvador vətəndaşı Ariel Antonio Velaskes-Moralesi saxlayıblar. O, cəmi bir neçə gün əvvəl Massaçusets ştatının lotereyasında 1 milyon dollar udub.

Musavat.com xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Telekanalın ICE-dəki üç mənbəsinin məlumatına görə, o, noyabrın 24-ü səhər saatlarında Şərqi Boston rayonunda saxlanılıb.

Polis əməkdaşları onu həbs etməyə çalışarkən qaçmağa cəhd edib, lakin qısa müddətdə yaxalanıb.

"Fox News"un həmsöhbətləri bildirirlər ki, Velaskes-Morales 2013-cü ildə Texas ştatının Roma şəhəri ərazisindən ABŞ sərhədini qanunsuz keçib. 2014-cü ilin aprelində isə onun barəsində deportasiya üzrə yekun qərar çıxarılıb.

Massaçusets ştatının lotereyası kişiyə mükafatı noyabrın 18-də təqdim edib, üç gün sonra isə "Facebook" səhifəsində onun 1 milyon dollarlıq simvolik çeklə fotosunu dərc edib. Təşkilatçıların məlumatına görə, 10 dollarlıq uduşlu bileti Şərqi Bostondakı mağazada sonradan saxlanıldığı elə həmin rayonda alıb.

Mənbə: musavat.com