Səhhəti ağırlaşan Firuzə İbadovanın son durumu necədir? – AÇIQLAMA

Səhhəti ağırlaşan Firuzə İbadovanın son durumu necədir? –   AÇIQLAMA

Əməkdar artist Firuzə İbadova təxminən iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sənətçinin qızı Hülya anasının əməliyyat olunduğunu və reanimasiyaya yerləşdirildiyini bildirib.

F.İbadovanın son durumu ilə bağlı “Bakupost”a danışan meneceri onun artıq xəstəxanadan evə buraxıldığını deyib.
Onun sözlərinə görə, Firuzə İbadovanın müalicəsi davam etdirilir:
“Xəstəxanadan çıxıb, evdədir. Vəziyyəti hələlik orta-stabildir. Müalicəsi davam edir, həkim nəzarətindədir. Ümid edək ki, yaxşı olacaq”.
Lalə Novruz, BakuPost

Mənbə: www.bakupost.az