Ovçuluq təsərrüfatında güclü yanğın başladı - Foto

Ovçuluq təsərrüfatında güclü yanğın başladı - Foto

Cəlilabad rayonunda güclü yanğın başlayıb.

Hadisə rayon ərazisində yerləşən Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb.

Təsərrüfatın ərazisində quraqlıqla əlaqədar quru ot kütləsinin üstünlük təşkil etməsi yanğının tez zamanda genişlənməsinə səbəb olub.

Hadisə yerinə FHN-in Yanğından Mühafizə bölməsinin əməkdaşları və digər qurumlardan qüvvələr cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Surxay Şahbazov

Mənbə: qafqazinfo.az