Türkiyədə 72 nəfər saxlanıldı

Türkiyədə 72 nəfər saxlanıldı

Türkiyədə investisiya yolu ilə vətəndaşlıq əldə edilməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində 6134 şəxsin vətəndaşlıq qərarı ləğv edilib və ya geri alınıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxta və qanunsuz ekspertiza hesabatlarından istifadə edən 1413 investor və onların ailə üzvləri ilə birlikdə ümumilikdə 6134 nəfərin vətəndaşlıq qərarı ləğv edilib və ya geri alınıb.

Nazirliyin məlumatına görə, İstanbul Prokurorluğunun 21 sentyabr 2026-cı il tarixində başlatdığı araşdırmada daşınmaz əmlakın saxta alqı-satqısı yolu ilə qanunsuz vətəndaşlıq əldə etdiyi müəyyən edilən 1070 nəfər, həmçinin vətəndaşlıq prosesi davam edən 11 nəfər müəyyənləşdirilib.

Araşdırma zamanı 1070 nəfərin 263-ünün investor, 807-sinin isə ailə üzvü olduğu müəyyən edilib.


Mənbə: unikal.az