Türkiyəli aktrisa Afra Saraçoğlu barəsində aparılan narkotik istintaqı çərçivəsində hava limanında saxlanılıb.
Bakırköy Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Saraçoğlu barəsində saxlanılma qərarı verilib.
Qərarın verildiyi vaxt əvvəlcədən planlaşdırılan iş səfəri ilə xaricdə olan aktrisa məsələ barədə mətbuatdan xəbər tutduğunu bildirmişdi.
Saraçoğlu Türkiyəyə qayıtdıqdan sonra hava limanında polis tərəfindən saxlanılıb. Onun istintaq çərçivəsində ifadəsinin alınacağı gözlənilir.
Aktrisa daha əvvəl Türkiyəyə qayıdaraq istintaq çərçivəsində açıqlama verəcəyini bildirmişdi.
Mənbə: unikal.az