Restorandan mühafizəçinin meyiti tapıldı

Restorandan mühafizəçinin meyiti tapıldı

Bakıda restoranda ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 12 radələrində Nizami rayonu Bəkir Çobanzadə küçəsindəki restoranların birində baş verib.

Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi restoranda aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az